Ər 26 yaşlı arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT
31 oktyabr 2012 10:14 (UTC +04:00)

Ər 26 yaşlı arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT

0
Oktyabrın 31-nə keçən gecə Şəmkir rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Xuluf kəndində, kənd sakini 1983-cü il təvəllüdlü Kərimov Vurğun Cahangir oğlu həyat yoldaşı, 1986-cı il təvəllüdlü Kərimova Nəcibə Cahid qızını qətlə yetirib. Gecə saatlarında 29 yaşlı V.Kərimov həyat yoldaşını məcburi şəkildə evdən təxminən 200-300 metr məsafədə yerləşən istixananın yanına aparıb. Burada o, 26 yaşlı həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib. Qadının öldüyünə əmin olduqdan sonra o mobil telefonu ilə polisə zəng vurub və polisə “arvadımı öldürdüm, gəlin məni aparın” deyib.

Məlumata görə, ailənin 2 uşağı qalıb. V.Kərimov hadisənin uşaqların gözü önündə baş verməməsi üçün Nəcibəni kənara apardığını bildirib. O hadisəni ailədaxili münaqişə zəminində törətdiyini də qeyd edib.

V.Kərimov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Fakt üzrə cinayət işi başlanılıb. Qətlin səbəbləri araşdırılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6070

Oxşar yazılar