Bakıda arvadından qorxan kişi polisə sığındı - TƏFƏRRÜAT
Oktyabrın 31-də Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə maraqlı müraciət daxil olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Cavadxan küçəsində yaşayan 43 yaşlı V.E. bildirib ki, həyat yoldaşı onu ölümlə hədələyir. V.E müraciətində qeyd edib ki, həyat yoldaşı ilə münasibətləri pozulub: “O, Salyana atası evinə getdi. Sonra zəng vuraraq məni qətlə yetirəcəyini, kimlərinsə vasitəsilə öldürdəcəyini deyir”.
43 yaşlı kişi polisdən onun təhlükəsizliyinin təmin olunmasını, məsələnin xoşluqla yoluna qoyulmasını da xahiş edib. Bundan sonra polis ilkin araşdırmalara başlayıb və V.E-dən ona hədə zəngləri edilmiş mobil telefon nömrəsi alınıb. Polis 43 yaşlı kişinin həyat yoldaşı A.E ilə əlaqə saxlayıb. A.E bildirib ki, əslində məsələ başqa cürdür və tezliklə Bakıya gələrək həqiqəti üzə çıxaracaq.
Qeyd edək ki, A.E uşaqları da götürərək atası evinə getsə də, V.E-nin Cavadxan küçəsində yerləşən mənzilində qeydiyyatdadır. Məsələnin gələcəkdə baş verə biləcək mənzil bölgüsü ilə əlaqədar bu yerə çatması istisna edilmir. Ölümlə hədələmə fakt üzrə araşdırmalar davam etdirilir.
Nizam RZA

Oxşar yazılar

FACİƏ: 13 yaşlı oğlan kanalda batdı
19 iyun 2025 , 22:55
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
19 iyun 2025 , 21:53
70 yaşlı kişi ağacdan yıxılıb öldü
19 iyun 2025 , 20:49
Gənc oğlan sevgilisini öldürüb anası ilə tarlada basdırdı
19 iyun 2025 , 19:33
Kamran Əliyev onları işdən çıxardı - YENİ TƏYİNATLAR
19 iyun 2025 , 17:30
ANAMA-nın əməkdaşı QƏFİL ÖLDÜ
19 iyun 2025 , 17:23
Nəcməddin Sadıkovun dindirilməsi istənildi - “Şlyapa Zahid”in məhkəməsi
19 iyun 2025 , 16:19