Bakıda dəhşət: “BMW” piyadaların üstünə sürdü: 1 ölü, 3 yaralı
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 18 radələrində Biləcəri-Binəqədi şossesində “BMW” ilə “QAZ 24” toqquşub.
Belə ki, “BMW” yüksək sürətlə hərəkət edirmiş. Bu zaman avtomobilin sürücüsü idarəetməni itirib və yolun kənarında yerləşən avtotəmir sexinin qarşısındakı “QAZ 24”-ə çırpılıb. Daha sonra isə sürücü özünü itirərək maşını yolun kənarındakı piyadaların üstünə sürüb. Nəticədə piyadalardan biri, 1961-ci il təvəllüdlü Quliyev Tapdıq Allahverdi oğlu hadisə yerindəcə keçinib. “BMW”-nin vurduğu daha iki piyada isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, qəzanı törətmiş maşına ciddi ziyan dəysə də sürücüsü xırda xəsarətlərlə canını qurtarıb.
Faktla bağlı araşdırma aparılır.
Nizam Rza

Oxşar yazılar

12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05
Şəmkirdə yol çəkmək adı ilə sevgilisinin bütün qızıllarını aldı - ŞOK DƏLƏDUZLUQ
18 iyul 2025 , 16:07
Araz çayında yeniyetmə batdı - YENİLƏNİB
18 iyul 2025 , 16:04
"Parnik"də pomidor yerinə narkotik əkmişdi - Maştağada ƏMƏLİYYAT - VİDEO
18 iyul 2025 , 15:51
Bakıda ata həbsdəki oğluna qeyri-adi sovqat apardı
18 iyul 2025 , 15:38
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00