Quldurluqda təqsirləndirilən şəxsə 11 illik həbs cəzası
12 yanvar 2011 13:58 (UTC +04:00)

Quldurluqda təqsirləndirilən şəxsə 11 illik həbs cəzası

0
Lent.az-ın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Əvəz Əzizov 11 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Əvəz Əzizov valyutadəyişmə məntəqələrinin yaxınlığında dayanaraq ora gəlib-gedən adamları izləyib. Daha sonra çox pul dəyişdiyini ehtimal etdiyi adamların dalınca gedərək, əvvəlcədən özündə saxladığı dəmir çəkiclə onların başına arxadan vurmaqla pullarını götürüb qaçıb. Əvəz Əzizov bildirib ki, bu əməllərə onu səhhətindəki problem vadar edib. Pulsuz və işsiz olduğunu deyən Əzizov qazanmaq üçün çıxış yolunu bu üsulda görüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar