Bakı sakini arvadını döyüb öldürdü
17 yanvar 2011 11:29 (UTC +04:00)

Bakı sakini arvadını döyüb öldürdü

0
Bakıda ər arvadını döyə-döyə öldürüb. Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 15-də saat 22:00 radələrində Sahil qəsəbəsində 32 yaşlı Eldar Şəkərov həyat yoldaşı Vəsilə Babayevanı döyüb. O, həyat yoldaşını yumruq-təpik zərbələri ilə ölümcül hala salıb. Başından bir neçə güclü təpik zərbəsi almış qadın xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. V.Babayeva yanvarın 16-da dünyasını dəyişib.

Məlumatda o da bildirilib ki, E.Şəkərov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə cinayət işi başlanıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 591

Oxşar yazılar