Abşeronda gənc oğlan binadan yıxılıb.
Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata əsasən, hadisə Xırdalan şəhərindəki hündürmərtəbəli binalardan birində qeydə alınıb. Burada yaşayan gənc oğlan naməlum şəraitdə eyvandan yıxılıb. Nəticədə o, hadisə yerində ölüb.
Mərhumun tələbə olduğu bildirilir.