Ağstafada iki nəfəri avtomobil vurub.
Lent.az xəbər verir ki, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1994-cü il təvəllüdlü X.Mustafayevi və 1990-cı il təvəllüdlü A.İsmayılovu vurub.
Müxtəlif bədən xəsarətləri alan piyadalar xəstəxanaya yerləşdiriliblər.
Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.