Əhməd Davudoğluna cinayət işi açıldı
03 sentyabr 2026 12:43 (UTC +04:00)

Əhməd Davudoğluna cinayət işi açıldı

0

Ankara Respublika Baş Prokurorluğu Türkiyənin sabiq baş naziri və ləğv edilmiş "Gələcək" Partiyasının sədri Əhməd Davudoğlu barəsində istintaq başladıb.

Lent.az xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə yayılan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqir kimi qiymətləndirilən ifadələr olub.

Baş Prokurorluğun açıqlamasına görə, sosial media platformalarında yayılan paylaşımlarla bağlı məsələ prokurorluq tərəfindən xidməti qaydada araşdırılıb.

Araşdırmanın nəticəsində Əhməd Davudoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin 299/1-ci maddəsində nəzərdə tutulan “Prezidenti təhqir etmə” maddəsi üzrə istintaq başlanıb.

Prokurorluq istintaqın müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə davam etdirildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar