Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Daşkəsən rayon sakini, 44 yaşlı R. Həsənov bud nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, kişini tanımadığı şəxs bıçaqlayıb.
Hadisənin başvermə səbəbləri və digər hallar araşdırılır.