Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, qəza Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “BMW” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu