Göygöldə baş verən ağır yol qəzasında ölən şəxslərin adları məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, həyatını itirənlər Ə. Abidin və H. Vəlizadədir.
Qəza Gəncə–Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb edilib. Avtomobildə olan iki nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı maşın aşıb.
İlkin məlumata görə, iki nəfər hadisə yerində ölüb, xəsarət alanların da olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.