İsmayıllıda avtomobil qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı rayonunun Istisu-Qalacıq kəndlərinə gedən yolda qəza baş verib.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobil körpüdən aşıb.
Hadisə nəticəsində Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Həsənli Səmra Nail qızı, 1975-ci il təvəllüdlü Həsənov Rüfət Fərman oğlu və 1979-cu il təvəllüdlü Huseyinova Gülsüm Suleyman qızı agır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Onların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.