Kür çayının sahilində tunel qazıb  narkotik becərirdi, saxlanıldı - VİDEO
11 avqust 2025 14:31 (UTC +04:00)

Kür çayının sahilində tunel qazıb narkotik becərirdi, saxlanıldı - VİDEO

Sabirabad rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Kür çayının rayonun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərrux İmanov saxlanılıb. 

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 53 ədəd çətənə kolu və 8 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

F.İmanov həmin bitkilərə qulluq edən zaman ətraf ərazilərdən görünməməsi üçün xüsusi tunel hazırlayaq oradan istifadə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar