Sabirabadda tiktoker   saxlanıldı
07 may 2026 10:14 (UTC +04:00)

Sabirabadda tiktoker saxlanıldı

0

Sabirabadda tiktoker saxlanılıb.

Lent.az-ın xəbərinə görə, rayon sakini 43 yaşlı Əzim Mirzəyev (ad və soyad şərtidir) tiktok sosial şəbəkəsində ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əxlaqsız ifadələr səsləndirib. Buna görə o, polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində saxlanılaraq məsuliyyətə cəlb olunub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Əzim Mirzəyev ifadəsində əməlindən peşman olmasını bildirərək, 3-cü qrup əlil olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edib. O, həmçinin bir daha belə hallara yol verməyəcəyinə söz verib.

Məhkəmənin qərarı ilə onun barəsində 500 manat məbləğində inzibati cərimə cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar