Tərtərdə "Jiquli" iki qadını vurdu, hər ikisi öldü - YENİLƏNİB 2
18 avqust 2026 21:25 (UTC +04:00)

Tərtərdə "Jiquli" iki qadını vurdu, hər ikisi öldü - YENİLƏNİB 2

0

Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, hadisə rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Bayramov Hidayət oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

20:37

Tərtərdə baş verən qəzada xəsarət alan digər piyada da həyatın itirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində Ağdam rayonunun Güllücə kənd sakinləri, 1972-ci il təvəllüdlü Qədimova Mahirə Qərib qızı və 1984-cü il təvəllüdlü Zeynalova Cəmilə Cəlil qızı ölüb.

Mahirə Qədimova hadisə yerində, Cəmilə Zeynalova isə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

19:49

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır.

Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar