Yanvarın 7-də axşam saatlarında Şəmkir rayonunda 5 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra sərnişin avtobusunun sürücüsü həbs edilib. Lent.az-ın məlumatına görə, Bakı-Qazax magistralında “VAZ 2106”nın üstündən keçən “Mercedes” markalı avtobusun sürücüsü Əliyev Arif İzzət oğlu həbs edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (2 və daha artıq insanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, Bakı-Qazax magistralında “Mercedes” markalı sərnişin avtobusu “VAZ 2106” markalı avtomobillə toqquşması nəticəsində minik avtomobilində olan aşağıdakı 5 nəfər ölüb:
	Hüseynov Anar Hidayət oğlu, 1987-ci il
	Babayev Murad Əbülfəz oğlu, 1987-ci il
	Babayeva Çiçək Nazim qızı, 1962-ci il
	Nağıyeva Leyla Nazim qızı, 1968-ci il
	Nağızadə Nağı İdris oğlu, 1998-ci il
 
                 
                             
     
                                    