Bakıda ölümlə nəticələnən faciəvi hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Baksol yolu, yeni yaşayış massivində nömrəsiz evdə yaşayan 1998-ci il təvəllüdlü Uzunova Fəridə Tahir qızı dəm qazından boğularaq ölüb. Onun meyiti yaşadığı evin hamam otağında yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə iş başlanılıb.