Bakıda 31 yaşlı qadını qanına qəltan elədilər
03 dekabr 2014 18:50 (UTC +04:00)

Bakıda 31 yaşlı qadını qanına qəltan elədilər

0

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Suraxanı rayon Yeni Güəşli qəsəbəsi, V yaşayış massivi, ev 19, mənzil 17-də yaşayan 1983-cü il təvəllüdlü Əhmədova Rəhilə İsa qızı bıçaqlanıb. O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

İlkin araşdırmalardan sonra 31 yaşlı qadının yaşadığı mənzilin mətbəx otağında bıçaqlandığı məlum olub. Onun kim tərəfindən, hansı səbəbdən bıçaqlanması isə məlum deyil.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar