Bakıda diskotekada fransızı döydülər
21 dekabr 2012 10:34 (UTC +04:00)

Bakıda diskotekada fransızı döydülər

Dekabrın 21-nə keçən gecə Bakıda əcnəbi ölkə vətəndaşı döyülüb. Səbail Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 01 radələrində Bülbül prospekti 14 saylı ünvanda yerləşən "B 52" diskotekasında Fransa vətəndaşı 58 yaşlı Maqsud Məqbiyə döyülüb.

Məlum olub ki, Fransa vətəndaşını gecə klubunun müdiri, 1980-ci il təvəllüdlü Rahib Ağayev vurub.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107

Oxşar yazılar