Bakıda faciə: ana məktəbli oğlunun meyitini tapdı
22 yanvar 2013 10:48 (UTC +04:00)

Bakıda faciə: ana məktəbli oğlunun meyitini tapdı

 

Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 98, ev 193-də yaşayan 1998-ci il təvəllüdlü Əlirəhman Qurbanlı yaşadığı evin hamamında ölüb. Onun meyitini gecə saatlarında anası aşkarlayıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

 

İlkin məlumata görə, orta məktəbin 9-cu sinif şagirdi olan Ə.Qurbanlı dəm qazından boğulub.

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4283

Oxşar yazılar