Bakıda maskalı şəxslər qadının əl-qolunu bağlayıb...
24 noyabr 2014 15:42 (UTC +04:00)

Bakıda maskalı şəxslər qadının əl-qolunu bağlayıb...

0

Bakıda quldurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, noyabrın 22-də saat 01 radələrində 3 nəfər naməlum şəxs 1945-ci il təvəllüdlü Həsənova Zahidə Mayıl qızının evinə soxulub. Pəncərədən mənzilə daxil olan maskalı şəxslər qadının əl-qolunu naqillə bağlayıblar. Daha sonra onlar evdən 5000 manat və 5500 ABŞ dolları, habelə 15000 manat dəyərində qızıl əşyalarını götürərək uzaqlaşıblar

 

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vəli Allahverdiyev, Xəyal Məmmədov və Sadiq Bayramov tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1823

Oxşar yazılar