Bakıdan gedən 21 yaşlı qız yoxa çıxıb
29 yanvar 2013 11:06 (UTC +04:00)

Bakıdan gedən 21 yaşlı qız yoxa çıxıb

Bakıdan Şirvan şəhərinə getmək adı ilə evdən çıxan gənc qızdan 5 gündür ki, xəbər yoxdur. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Turan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Əliyeva Türkan Elman qızı yanvarın 24-də Şirvan şəhərinə qohumlarının yanına gedəcəyini deyərək evdən çıxıb. Lakin 21 yaşlı qız həmin ünvana gedib çata bilməyib.

 

Hadisə ilə bağlı qızın yaxınları polisə məlumat verib. Onun xarakterik əlamətləri və s. cəhətləri qeyd olunub. hazırda qızın yerinin müəyyən edilərək tapılması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2164

Oxşar yazılar