Bakının mərkəzində qanl olay
26 iyul 2014 10:41 (UTC +04:00)

Bakının mərkəzində qanl olay

0

Bakıda bıçaqlanma hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 05 radələrində Nizami rayon sakini, 1995-ci il təvəllüdlü Səfərov Ümid Rövşən oğlu bıçaqlanıb. Sağ bud nahiyəsindən ağır xəsarət alan 19 yaşlı oğlan xəstəxanaya yerləşdirilib. İlkin araşdırmalarla Ü.Səfərovun tanışı, Sumqayıt sakini olan 18 yaşlı İlkin Bəşirov tərəfindən bıçaqlanması müəyyən edilib. İ.Bəşirov saxlanılıb. Məlum olub ki, İ.Bəşirov daha əvvəl oğurluq etdiyinə görə, cinayət məsuliyyətinə cəlb edilibmiş.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1972

Oxşar yazılar