Elmar Məmmədyarov BP-nin region üzrə prezidentini qəbul edib
21 yanvar 2013 18:43 (UTC +04:00)

Elmar Məmmədyarov BP-nin region üzrə prezidentini qəbul edib

0

Elmar Məmmədyarov BP-nin region üzrə prezidentini qəbul edib

 

Azəri-Çıraq-Günəşli yataqlarında Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən görülməsi nəzərdə tutulan işlər barədə fikir mübadiləsi aparılıb

 

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel və xarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədovu qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ölkəmizlə BP şirkəti arasında qurulmuş əməkdaşlıqdan, birgə həyata keçirilən layihələrdən söz açılıb.

 

Eyni zamanda Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində, o cümlədən Azəri-Çıraq-Günəşli yataqlarında BP şirkətinin operatoru olduğu Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən görülməsi nəzərdə tutulan işlər barədə fikir mübadiləsi aparılıb. Qordon Birrel təmsil etdiyi şirkətlə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluq ifadə edib və ölkəmizi BP-nin ən yaxın tərəfdaşlarından biri adlandırıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar