Faciəvi hadisə: 6 yaşlı oğlan öldü
16 avqust 2014 18:57 (UTC +04:00)

Faciəvi hadisə: 6 yaşlı oğlan öldü

0

Kürdəmir rayonunda azyaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün rayonun Muradxan kəndində 2008-ci il təvəllüdlü Dünyamalıyev Mehralı Rəsul oğlunu elektrik cərəyanı vurub. Azyaşlı hadisə yerindəcə keçinib.

 

Bildirilir ki, 6 yaşlı M.Dünyamalıyav uşaqlarla həyətdən keçən su knalında çimirmiş. Həmin vaxt o, həyətdəki nar ağacına çıxıb və ehtiyatsızlıqdan ağacın üstündən keçən və su motoru üçün nəzərdə tutulmuş elektrik naqilinə toxunub.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7012

Oxşar yazılar