Azərbaycanda AİLƏ FACİƏSİ: Ata, ana və oğlu bir ilin içində öldü - TƏFƏRRÜAT
01 iyun 2018 12:03 (UTC +04:00)

Azərbaycanda AİLƏ FACİƏSİ: Ata, ana və oğlu bir ilin içində öldü - TƏFƏRRÜAT

Dünən Masallı rayonunda ildırım vurması nəticəsində vəfat edən Mollaoba kənd sakini, 27 yaşlı Fərid Xəzər oğlu Həsənovla bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, bədbəxt hadisə ilə üzləşən gənc oğlan evli olub və 2 azyaşlı övladı qalıb.

 

 

Bildirilir ki, Fərid Həsnovun atası 11 ay əvvəl vəfat edib və bir neçə gün sonra il mərasimi olacaqmış. 5 gün əvvəl isə gənc oğlanın anası uzun sürən xəstəlikdən sonra vəfat edib. O, dünən qardaşı, əmisi və dayısı ilə birgə kənd məzarlığına anasının qəbrini ziyarət etməyə gedib. Bu zaman hava şəraiti daha da pisləşib və şimşək çaxmağa, yağış yağmağa başlayıb. Həmin ərəfədə Fəridə zəng gəlib və dərhal onu ildırım vurub. İldırım Fəridin əmisi Elsevəri də kənara atıb. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, Fəridi xilas etmək mümkün olmayıb.

 

 

 

 

 

 

******

 

 

31 may

 

 

Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

 

Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar

Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06
Şəkidə AĞIR QƏZA:   7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

10 may 2025 , 20:16