İsa Qəmbər oğluna toy edir
16 aprel 2013 21:03 (UTC +04:00)

İsa Qəmbər oğluna toy edir

0

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy mərasimidir.

 

Paytaxtdakı şadlıq saraylarının birində baş tutan toya ölkənin ictimai-siyasi həyatında tanınmış bir çox şəxs qatılıb.

 

Qonaqları salamlayan Müsavat başqanı İsa Qəmbər, həyat yoldaşı Aidə Qəmbər və onların yeni qudaları bəy və gəlinə ürək sözlərini, xeyir-dualarını çatdırıblar.

 

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbər dünən “ASAN xidmət” Mərkəzində Püstə Məmmədova ilə nikaha daxil olub.

 

Musavat.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4053

Oxşar yazılar