İstirahət günlərinin yol qəzaları: 4 ölü, 17 yaralı
21 yanvar 2013 12:35 (UTC +04:00)

İstirahət günlərinin yol qəzaları: 4 ölü, 17 yaralı

Geridə qalan həftənin şənbə-bazar günləri digər günlərdən fərqli olaraq yol-nəqliyyat hadisələrinin nisbətən az olması ilə yadda qalıb. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 19-da ölkə ərazisində 9 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, daha 9 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bazar günü isə yol qəzaları nəticəsində 2 nəfər dünyasını dəyişib, 8 nəfər də yaralanıb.

 

Qəzaların əksəriyyəti sürət həddinin düzgün seçilməməsi, ehtiyatsızlıq və düzgün manevr etməmək kimi səbəblərdən baş verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar