Keçmiş məhkumlar aptekin qapısını sındırdılar
26 aprel 2013 11:40 (UTC +04:00)

Keçmiş məhkumlar aptekin qapısını sındırdılar

0

 

Aprelin 25-i saat 06:30 radələrində Bakı şəhərinin Nəsimi rayonu ərazisində aptekdən oğurluq edilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuşlar - Müşfiq Sadıqov və Bahadur Ağayev Ş.Əzizbəyov küçəsində yerləşən, Sona Abbasovaya məxsus aptekdən qapını sındırma yolu ilə dərmanlar oğurlayıblar. Hər iki şəxs Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

 

Üzərilərinə baxış zamanı M.Sadıqovdan 0,406 qram, B.Ağayevdən isə 0,197 qram heroin aşkar olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 547

Oxşar yazılar