Mövqelərimiz atəşə tutuldu
05 fevral 2013 10:07 (UTC +04:00)

Mövqelərimiz atəşə tutuldu

0

Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şuraabad, Yusifcanlı, Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Alxanlı, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar