Yanvarın 7-də axşam saatlarında Şəmkir rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Şəmkir rayonu ərazisində, Bakı-Qazax magistralında “Mercedes Sprinter” markalı sərnişin avtobusu “VAZ 2106” markalı avtomobilə çırpılıb. Avtobus minik avtomobilinin üstündən keçib. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada ölüb.
Məlumata görə, avtobus Bakı-Qırmızı Körpü xətti üzrə hərəkət edirmiş. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
Lent.az-ın “Kəpəz TV”-yə istinadən verdiyi məlumata görə, qəzada ölənlər bunlardır.
	Hüseynov Anar Hidayət oğlu, 1987-ci il
	Babayev Murad Əbülfəz oğlu, 1987-ci il
	Babayeva Çiçək Nazim qızı, 1962-ci il
	Nağıyeva Leyla Nazim qızı, 1968-ci il
	Nağızadə Nağı İdris oğlu, 1998-ci il
****
8 yanvar, saat 09.49

Nizam RZA