Fövqəladə Hallar Nazirliyi Yevlax rayonu, Xanabad kəndində su anbarında, çimərkən batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü Bəkirov Aslan Eldəniz oğlu barədə məlumat yayıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, A.Bəkirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:48-də başa çatıb.
*** 18:57
Mayın 25-də Mingəçevir su anbarında bir nəfər batıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarının, Yevlax rayonu, Xanabad kəndi ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.