Futbol Messinin ən yaxın dostunu itirdi
21 noyabr 2021 02:24 (UTC +04:00)

Futbol Messinin ən yaxın dostunu itirdi


"Barselona"nın və Argentina millisinin hücumçusu Serxio Aquero 33 yaşında butslarını mismardan asmaq məcburiyyətində qalıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Aqueronun futboldan getməsinə səbəb ürək problemləridir – bunu nəzərə alsaq, karyerasını davam etdirmək həyatı üçün təhlükəlidir.

Gələn həftə argentinalının karyerasını başa vuracağını elan edəcəyi mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, oktyabrın sonunda "Barselona" - "Alaves" (1:1) oyununda Aqueronun halı qəfildən pisləşib. Daha sonra Serxionun taxikardiya tutması məlum olub.

Əvvəlcə bildirilirdi ki, Aguero üç ay meydana çıxmayacaq. Lakin, göründüyü kimi, o, ümumiyyətlə, futbolla vidalaşmaq məcburiyyətində qalacaq. Beləliklə, 2022-ci il dünya çempionatında Messi ən yaxşı dostu olmadan çıxış edəcək.

# 7599
avatar

Oxşar yazılar