Neymarın "dəhşətli" zədələndiyi anın  FOTOSU
29 noyabr 2021 12:27 (UTC +04:00)

Neymarın "dəhşətli" zədələndiyi anın FOTOSU

PSJ-nin hücumçusu Neymar Liqa 1-in 15-ci turunun "Sent-Etyen"lə oyununda aldığı dəhşətli zədə səbəbindən altı həftəyə qədər sıradan çıxa bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Braziliya millisinin də üzvünün zədələndiyi anın fotosu yayılıb. Fotonun altında "Meydanı göz yaşları içində tərk edən Neymarın dəhşətli zədəsi" yazılıb.

Oyunun sonunda “Sent-Etyen”in müdafiəçisi İvan Makot braziliyalıya qarşı kobud oynayıb. Arxadan yuvarlanma nəticəsində Neymar sol topuğunu büküb. Oyundan dərhal sonra keçirilən ilk tibbi müayinədə futbolçunun ciddi şəkildə zədələndiyi məlum olub. Daha dəqiq diaqnoz noyabrın 29-na təyin edilən dərin müayinədən sonra qoyulacaq.

Görüş 3:1 hesabı ilə parislilərin xeyrinə başa çatıb. Qarşılaşmada hesabı 23-cü dəqiqədə “Sent Etyen”in hücumçusu Denis Buanq açıb. Birinci hissənin ikinci əlavə edilmiş dəqiqəsində PSJ-nin müdafiəçisi Markinos hesabı bərabərləşdirib. 79-cu dəqiqədə Anxel Di Mariya parisliləri hesabda önə keçirib, 91-ci dəqiqədə Markinos dubla imza ataraq komandasının qələbəsini təmin edib.


 

# 2412
avatar

Oxşar yazılar