Olimpiya çempionunu it dişlədi:  Xəstəxanaya düşdü
19 noyabr 2021 19:39 (UTC +04:00)

Olimpiya çempionunu it dişlədi: Xəstəxanaya düşdü

Xizəksürmə üzrə ikiqat Olimpiya çempionu Simen Heqstad Kryuqer xəstəxanaya yerləşdirilib.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, norveçli idmançı qaçış zamanı iki itin hücumuna məruz qalıb.

Krugerin sözlərinə görə, iki kiçik itlə əvvəlcə oynayıb, sonra isə onun ayaqlarını dişləməyə başlayıblar. Norveçli çox qorxmadığını, əksinə çox təəccübləndiyini qeyd edib.

Xizəkçi xəstəxanaya getməli və həkimlərə müraciət etməli olub, həkimlər ona tetanoz peyvəndi edib, antibiotiklər yazıblar. Kryuqer bildirib ki, itlərin sahibləri ondan üzr istəyiblər.

Norveçli skiatlon üzrə 2018-ci il Olimpiadasında iki qızıl medal qazanıb. O, skiatlon və 4 x 10 km estafet yarışında qalib gəlib. Bundan başqa, Kryuqer 15 km məsafəyə yarışda gümüş medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2085
avatar

Oxşar yazılar