Məmur və hakimlərə pulların yuyulmasına qarşı mübarizə öyrədilir
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin və Beynəlxalq Valyuta Fondunun (BVF) birgə təşkilatçılığı ilə “Pulların yuyulması və aktivlərin izlənilməsi” mövzusunda təlim keçirilir.
Maliyyə Monitorinq Xidmətindən Lent.az-a verilən məlumata əsasən, martın 28-dən başlanan təlimlər aprelin 4-dək davam edəcək. Təlimdə Maliyyə Monitorinqi Xidmətinin, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin, Bakı şəhər prokurorluğunun, Vergilər Nazirliyinin əməkdaşları və hakimlər iştirak edirlər. Təlimin keçirilməsi üçün BVF-nin dəstəyi ilə Bazel İdarəetmə İnstitutunun mütəxəssislərindən ibarət olan beynəlxalq ekspertlər cəlb edilib.
Maliyyə Monitorinq Xidmətində bildirirlər ki, 6 günlük təlimdə beynəlxalq ekspertlər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının əlamətlərinin aşkar edilməsi, bu sahədə cinayət əməllərinin istintaqı və sübut etmə təcrübəsinin inkişaf etdirilməsi, qarşılıqlı hüquqi yardım, aktivlərin izlənilməsi və digər bu kimi mövzularda təqdimatların keçirilməsi nəzərdə tutulur.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15