Mart ayında Azərbaycan 2,5 milyon ton xam neft ixrac edib
ARDNŞ-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ötən ay ərzində Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 243 min 863 ton, Supsa limanından 311 min 632 ton, Çeyhan limanından 2 milyon 1567 ton xam neft ixrac edib. Ümümilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 541 min 536 ton, Supsadan 788 min 567 ton, Ceyhandan isə 5 milyon 592 min 463 ton xam neft ixrac olunub. Mart ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 114,60 dollara, Urals nefti 111,50 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 117,17 dollara satılıb.
ARDNŞ-də bildirirlər ki, mart ayında 12 min 25 ton avtomobil benzini, 107 min 240 ton dizel yanacağı, 7 min 963 ton təyyarə yanacağı, 999 ton soba mazutu ixrac edilib. Son 3 ayda bu məhsulların satış həcmi isə müvafiq olaraq 15 min 626 ton, 317 min 188 ton, 24 min 214 ton və 2 min 395 ton olub.
2011-ci ilin mart ayında dünya bazarında avtomobil benzininin hər tonunun qiyməti 988,92 dollar, təyyarə yanacağının 1035,76 dollar, dizel yanacağının 955,72 dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 660,13 dollar təşkil edib.
Elxan SALAHOV

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04