“Dolce di Roma”nın tort və peçenyeləri keyfiyyətsiz imiş
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 149 ünvanında “Dolce di Roma” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı tort və peçenyenin müvafiq resepturalar olmadan istehsal edildiyi, habelə həmin məhsulların etiketlərinin üzərində məhsulun tərkibi, istehsal və son istifadə tarixləri barədə məlumatların göstərilmədiyi müəyyən olunub.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müvafiq resepturalar olmadan istehsal edilmiş 225,43 kq tort və peçenye Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.
Qanun pozuntuları ilə əlaqədar, tort və peçenyenin istehsalının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən “Dolce di Roma” MMC-yə icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04