Sahibkarlığa Kömək Milli Fondunun beynəlxalq auditinin nəticələri açıqlandı
08 aprel 2011 18:45 (UTC +04:00)

Sahibkarlığa Kömək Milli Fondunun beynəlxalq auditinin nəticələri açıqlandı

“Baker Tilly Azerbaijan LLC” beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə maliyyə hesabatlarının auditi keçirilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

“Baker Tilly Azerbaijan LLC” beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.

Qeyd edək ki, son üç ildir ki, beynəlxalq audit şirkətləri tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi aparılır.
# 650

Oxşar yazılar