Mərkəzi Bankın Kommunikasiya departamenti “2010-cu ilin ən yaxşı PR xidməti” seçilib
13 aprel 2011 12:07 (UTC +04:00)

Mərkəzi Bankın Kommunikasiya departamenti “2010-cu ilin ən yaxşı PR xidməti” seçilib

Bankdan Lent.az-a verilən məlumatda bildirilir ki, müsabiqənin nəticələrinə görə Kommunikasiya departamenti hökumət strukturları arasında “2010-cu ilin ən yaxşı PR xidməti” nominasiyası üzrə ən çox bal toplayıb.

Qeyd edək ki, “İlin ən yaxşı PR-xidməti” müsabiqəsi 2006-cı ildən etibarən təşkil olunur. Artıq beşinci dəfədir ki, təşkil edilən müsabiqə “Alfa Alliance Group” Kommunikasiya Agentliyinin və “Anadolu Media” şirkətinin dəstəyi ilə keçirilir. Müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin ən fəal və səmərəli fəaliyyəti ilə seçilən PR və mətbuat xidmətlərinin müəyyənləşdirilməsi və PR xidmətlərinin işindəki müsbət təcrübənin yayılmasından ibarətdir.

Xatırladaq ki, ötən ilin fevralında yaradılan Kommunikasiya departamentində iki şöbə - Strateji Kommunikasiya və İctimaiyyətlə əlaqələr şöbəsi, həmçinin Tərcümə qrupu fəaliyyət göstərir.
# 613

Oxşar yazılar