Büdcəyə dəyişiklik ediləcək
Dünya bazarında neftin qiymətinin qalxması ilə əlaqədar olaraq Azərbaycan büdcəsinə əlavə vəsaitlər daxil olur. Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında söyləyib.
Ziyad Səmədzadə deyib ki, bu da ölkədə uğurlu sosial proqramlar həyata keçirməyə imkan verir: “Artıq bu proqramların həyata keçirilməsi üçün əlverişli şərait yetişib. Ölkə başçısı son müşavirədə də bu barədə fikirlərini söyləyib. Məsələn, 2006-cı ilə qədər təqaüdə çıxanların pensiya məbləğinin qaldırılması, müvafiq investisiya layihələrinin maliyyələşdirilməsi bu məsələdə ön plana çəkiləcək”.
Komitə sədri bildirib ki, bu layihə və proqramlar büdcədə dəyişiklik edilməsi zərurətini ortaya çıxarıb: “Hazırda hökumət bununla bağlı verilən tapşırıqlar əsasında hesablamalar aparır. Yaxın vaxtlarda 2011-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim olunacaq”.
Mübariz

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04