Tələbələr Mərkəzi Bankın vəzifə və funksiyaları haqqında məlumat əldə edəcəklər
Mərkəzi Bank və “Junior Achievement Azərbaycan” (JAA) təşkilatı ölkə məktəblərində iqtisadiyyatın tədrisi proqramı çərçivəsində “Banklar fəaliyyətdə” adlı layihəyə başlayıb.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin tərkib hissəsi olan treninqlər 25-29 aprel tarixlərində Mərkəzi Bankda keçiriləcək.
Mərkəzi Bankın Kommunikasiya departamenti, Tədqiqatlar və İnkişaf Mərkəzi və JAA-nın təşkilatçılığı ilə keçirilən bu treninqlər ali məktəb tələbələri üçün nəzərdə tutulur. Treninqlərdə Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də, Bakı Dövlət Universiteti və Qafqaz Universitinin iqtisadiyyat fakultələrinin 40-a yaxın tələbəsi iştirak edəcək.
JAA tərəfindən 2003-cü ildən etibarən uğurlu şəkildə həyata keçirilən bu proqramın əsas məqsədi iqtisadi və sahibkarlıq biliklərini gənclərə nəzəri və tətbiqi yollarla tədris edərək gələcəyin biznes liderlərini və hazırlıqlı kadrlarını yetişdirməkdir. Treninq proqramı çərçivəsində nəzərdə tutulan modullar iştirakçıların maliyyə savadının artmasına və gələcək karyera seçiminə imkan yaradacaq. Tələbələr bank sisteminin quruluşu, onun müxtəlif iştirakçıları, Mərkəzi Bankın vəzifə və funksiyaları, onun milli iqtisadiyyatdakı rolu haqqında ətraflı məlumat əldə edəcəklər. Tələbələr bankların üzləşdiyi risklər, risk idarəetməsi mexanizmləri, müxtəlif maliyyə alətlərinin mahiyyəti, onları müqayisə etmək üsulları ilə də tanış olacaqlar. Treninq proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04