“Neft Fondu haqqında” qanun layihəsi hazırlanıb
“Neft Fondunun aktivlərinin artımı, fiskal ekspansiya siyasətinin genişlənməsi Azərbaycanda neft gəlirlərinin və risklərin idarə edilməsini daha da çətinləşdirməklə yanaşı, məsuliyyətin müxtəlif institutlar arasında bölüşdürülməsi sahəsində yeni təşəbbüsləri daha da aktuallaşdırır”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının Şura əlaqələndiricisi Qubad İbadoğlu “Neft Fondu haqqında” qanunun qəbul olunmasını şərtləndirən amilləri şərh edərkən bildirib.
Qubad İbadoğlu deyib ki, bu istiqamətdə vəziyyətin getdikcə mürəkkəbləşməsini nəzərə alsaq, Neft Fondunun sərəncamlarla idarə edilməsi praktikasına son qoyulmasının, onun parlamentin və ictimaiyyətin nəzarəti altında fəaliyyətinə hüquqi əsaslar yaradılmasının vacibliyi gündən-günə artır: “Ona görə də Koalisiyanın mütəxəssisləri tərəfindən hazırlanan “Neft Fondu haqqında” qanun layihəsinin parlament müzakirəsini səbirsizliklə gözləyirik”.
Koalisiyanın hazırladığı layihə ilə bağlı vəkillik işinin daha da gücləndiriləcəyini dilə gətirən Qubad İbadoğlunun sözlərinə görə, qanun layihəsinə ilə bağlı ictimaiyyətin maarifləndirilməsi MSŞT Koalisiyasının həyata keçirəcəyi “Neft gəlirləri hamımızındır” adlı ictimai məlumatlandırma kampaniyasının əsas komponentlərindən biri olacaq.
MSŞT Koalisiyasının Şura üzvü Sabit Bağırov da hesab edir ki, Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasında parlament iştirak etməlidir. “Neft Fondunun vəsaitləri getdikcə artır. Son rəsmi məlumatlar da göstərdi ki, Neft Fondunun vəsaitləri Azərbaycanın dövlət büdcəsini xeyli geridə qoyub. Əgər Dövlət Büdcəsi Milli Məclis tərəfindən təsdiq olunursa, nədən Neft Fondunun da vəsaitləri eyni mexanizmlə tənzimlənməsin?”
Qeyd edək ki, qanun layihəsi Koalisiyanın Şura üzvü, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin rəhbərlik etdiyi işçi qrupu tərəfindən hazırlanıb. Layihə ilə bağlı ictimai dinləmələr də artıq keçirilib.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04