Beynəlxalq Valyuta Fondu ABŞ erasının sona çatacağı vaxtı açıqladı
26 aprel 2011 17:13 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu ABŞ erasının sona çatacağı vaxtı açıqladı

Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondu (BVF) Çin iqtisadiyyatının 2016-cı ildə ABŞ iqtisadiyyatını geri qoyacağını bəyan edib.

Hesablamalara görə, hazırda ümumi daxili məhsulu (ÜDM) 11,2 trilyon dollar olan Çin 2016-cı ildə bu göstəricini 19 trilyon dollara çatdıracaq. Eyni dövrdə ABŞ-da ÜDM göstəricisi isə 15,2 trilyon dollardan 18,8 trilyon dollara yüksələcək. Həmin vaxt ABŞ-ın dünya iqtisadiyyatındakı payı 17,7 faiz olacaqsa, Çin dünya iqtisadiyyatının 18 faizinə nəzarət edəcək. Bu fərq Çinin lehinə növbəti illərdə daha da artacaq. Əgər 10 il əvvəl ABŞ iqtisadiyyatının Çinlə müqayisədə 3 dəfə böyük olduğu nəzərə alınarsa, Pekinin əldə etdiyi böyük uğur təəccüb doğurmaya bilməz.

BVF-nin proqnozu hazırda Vaşinqtonda davam edən büdcə müzakirələri üçün də problem yaradan məsələ olub. Çünki Çinin iqtisadi gücünün artması önümüzdəki illərdə dünyada təhlükəsizlik sisteminin necə qurulacağına dair da çoxsaylı suallar yaradır.
# 686

Oxşar yazılar