“Embawood” Qazaxıstan bazarında liderdir
Lent.az-ın məlumatına görə, bunu “Embawood” şirkətinin baş direktoru Elşad Abbasov bildirib. O deyib ki, təmsil etdiyi şirkət Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edir: “Qazaxıstanın mebel emalı Assosasiyasının prezidenti Mixayıl Qulxov Qazaxıstan mətbuatına deyib ki, meşə ehtiyatı az olan Azərbaycan Qazaxıstanın mebel bazarında hökmranlıq edir”.
E.Abbasov deyib ki, həmin şirkət dedikdə “Embawood” nəzərdə tutulub. ““Embawood” həmişə Azərbaycan bayrağını təmsil edir və Azərbaycan bayrağının dalğalanması onları sevindirir” - deyən E.Abbasov digər yerli brendlərin də tanınması istiqamətində iş aparılmalı olduğunu bildirib: “Şirkətimiz Azərbaycanla bərabər inkişaf edib və Azərbaycan istehsalçılarının imicinin yüksəlməsində əlimizdən gələni edirik. Bu işdə mediadan kömək istəyirik. Ölkədə çoxlu yüksək səviyyəli istehsalçı şirkət var və onların işini işıqlandırmağa ehtiyac var”.
Şirkət rəhbəri onu da qeyd edib ki, son 10 ildə Azərbaycanda keyfiyyətsiz mebel satışının miqyası xeyli azalıb. Hazırda ölkə daxilində yüksək səviyyəli mebel istehsal olunduğunu bildirən E.Abbasov yaxın gələcəkdə keyfiyyətsiz məhsullara ümumiyyətlə yer olmayacağını bildirib.

Oxşar yazılar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11