“Şəkər Pənir” noğullarının istehsalı dayandırıldı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşviq küçəsi, 31A ünvanında Niyazi Fərzəliyevə məxsus sexdə aparılan yoxlama zamanı “Şəkər Pənir” adlı qənnadı məmulatının gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, həmin məhsulun yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı “Şəkər Pənir” adlı qənnadı məmulatının etiketinin üzərində reklam xarakterli vanilli, portağallı və şaftalılı sözlərinin qeyd olunmasına baxmayaraq, həmin məhsulun istehsalında bu xammallardan istifadə edilmədiyi aşkarlanıb. Qanun pozuntuları ilə əlaqədar, noğulun istehsalının dayandırılması və ticarət şəbəkəsinə paylanmış bu cür məhsulların geri yığılması, eləcə də uyğunluq və gigiyenik sertifikatı olmadan istehsal edilmiş 217 kq “Şəkər Pənir” adlı qənnadı məmulatının qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Niyazi Fərzəliyevə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam etdirilir.

Oxşar yazılar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11