DəmirBank-dan təhsil işçilərinə yeni kredit
05 may 2011 10:02 (UTC +04:00)

DəmirBank-dan təhsil işçilərinə yeni kredit

Kredit proqramının şərtlərinə əsasən müştərilər 5000 manata qədər 24 ay müddətinədək kredit əldə edə bilərlər.

Orta təhsil və orta ixtisas təhsil müəssisələrində çalışan əməkdaşlara 1 000 manatadək, ali təhsil müəssisələrində çalışan əməkdaşlara isə 2 000 manatadək məbləğdə kreditlər üçün 3-cü şəxsin zaminliyi tələb edilmir.

Kredit alanlara DəmirBank-ın VISA Classic və ya MasterCard Standard plastik kartı hədiyyə edilir. Kreditin fərqli xüsusiyyətlərindən biri “Əməkdar müəllim” fəxri adı ilə təltif edilmiş təhsil işçilərinə kreditin faiz dərəcəsindən 3% güzəşt təqdim edilməsidir.

DəmirBank dövlət və özəl təhsil müəssisələrini, eləcə də təhsil sahəsində digər təşkilatları bu proqram üzrə əməkdaşlığa dəvət edir. Bu proqrama cəlb edilən təhsil müəssisələrinin əməkdaşlarına kreditlərin verilməsi daha sadə formada həyata keçirilə bilər.

“DəmirBank kreditləşmə əməliyyatlarını genişləndirməkdə davam edir. 2011-ci ilin ilk rübünün yekunlarına əsasən müştərilərə verilən kreditlərin həcmi 235,6 mln. manatı keçib. Kredit portfelində sosial yönümlü kreditlərin həcmi hər il artmaqdadır. Sosial sahəni əhatə edən kreditlər bizim üçün prioritet istiqamətlərdəndir. Təqdim edilən yeni proqram təhsil işçiləri üçün kredit imkanlarının genişləndirilməsinə xidmət edəcək” – deyə İdarə Heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.

DəmirBank əhaliyə və şirkətlərə müxtəlif istehlak, ipoteka və biznes kreditləri təklif edir. Bankın kredit məhsulları barədə ətraflı məlumat üçün www.demirbank.az saytına daxil olmaq, Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək və ya Bankın filiallarına müraciət etmək olar.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar