
Bakıya orta və iritutumlu 200 avtobus gətiriləcək
Bu ilin sonunadək Bakıya daha 200 orta və iri tutumlu avtobus gətiriləcək. Bu barədə Lent.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. N.Həsənovun sözlərinə görə, paytaxtda sərnişindaşıma sahəsində aparılan islahatlar nəticəsində marşrut xətlərinin sayı 310-dan 217-yə endirilib: “Lakin müəyyən istiqamətlərdə yeni xətlərin yaradılmasına və avtobusların gətirilməsinə ehtiyac yaranıb. Biz bu iş üzərində araşdırmalar aparırıq. “Qaynar xətt”imizə gələn zəngləri və müfəttişlərimizin yerlərdə apardığı araşdırmaları nəzərdən keçiririk”.
Nəqliyyat Nazirliyinin rəsmisi həmçinin bildirib ki, paytaxta gətiriləcək yeni avtobuslar müasir standartlara tam cavab verir və Bakını daha da gözəlləşdirəcək.
Nizam RZA
Nəqliyyat Nazirliyinin rəsmisi həmçinin bildirib ki, paytaxta gətiriləcək yeni avtobuslar müasir standartlara tam cavab verir və Bakını daha da gözəlləşdirəcək.
Nizam RZA
Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39