DəmirBank 1-ci rübün yekunları üzrə filialların fəaliyyətini müzakirə edib
Qusar Olimpiya Kompleksində keçirilən yığıncaq zamanı Bankın hər bir filialının hesabatı dinlənilib, müxtəlif göstəricilər üzrə planların yerinə yetirilməsi, prioritet vəzifələr və gələcək planlar ətraflı müzakirə edilib.
"Filial şəbəkəsinin inkişafı məqsədi ilə son aylarda DəmirBank-ın Bakıxanov, Qazax və Qusar filialları yeni ünvanlara köçürülüb. Bu filiallar və Mərkəz filialı Bankın “Korporativ interyer dizayn Standartları”na uyğun təmir və tərtib edilib. Hazırda Bankın daha 3 filialının yeni ünvanlara köçürülməsi üçün işlər aparılır. Bu fəaliyyət, eləcə də Bankda İT infrastrukturun yenilənməsi, SAP for Banking proqramının tətbiqi, müştəri xidməti keyfiyyəti və digər sahələrdə görülən tədbirlər filialların fəaliyyətini xeyli gücləndirəcək” – deyə İdarə Heyətinin Sədri Roman Əmircanov bildirib.
Yığıncaqda filialların fəaliyyəti, müştərilərlə iş, müştəri xidməti, marketinq fəaliyyəti, kadr potensialı və digər istiqamətlərdə zəruri addımlar müəyyən edilib.
DəmirBank-ın nümayəndə heyəti Qusar Olimpiya Kompleksində korporativ istirahət tədbirində iştirak edib.
DəmirBank ölkə üzrə 30 filiala malikdir ki, bunlardan 13 filial Bakıda, 17-si isə regionlarda yerləşir.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39