(R) PwC Akademiyası – Artıq Azərbaycanda!
09 iyun 2011 13:30 (UTC +04:00)

(R) PwC Akademiyası – Artıq Azərbaycanda!

Tədbirdə müxtəlif şirkət və təşkilatlardan 200 nəfər iştirak edib.


Seminarda PwC şirkətinin mütəxəssisləri ingilis və rus dillərində ACCA DipIFR (Beynəlxalq Maliyyə Hesabatlarının hazırlanması üzrə ACCA Diplomu), İxtisaslaşmış Daxili Auditor (CIA), CIMA Diplomu (Fəaliyyətin səmərəliliyinin idarə edilməsi), eləcə də Azərbaycan dilində MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) kimi dünyada tanınmış təlim üzrə imkanları təqdim ediblər.

PwC (Azərbaycan) Akademiyası Seminarda işçilərin təlimi sahəsində qabaqcıl çözümlər və məsləhət xidmətlərinə dair məlumat verib. Seminarda həmçinin təşkilatlarda mütəxəssislərin bilik səviyyələrinin artırılması ilə bağlı PwC Şirkətinin necə kömək edə biləcəyi izah edilib və eyni zamanda, fərdi qeydiyyat və korporativ təlim çözümləri müzakirə olunub.

Ətraflı məlumat üçün bütün maraqlı tərəflər PwC (Azərbaycan) Akademiyası ilə +994 (12) 497 25 15 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
# 596

Oxşar yazılar